SON XƏBƏRLƏR

Təbrizli tələbə hərəkatı fəalı Armita Pavirə həbs cəzası verildi

2023.12.15, 12:29
Təbrizli tələbə hərəkatı fəalı Armita Pavirə həbs cəzası verildi

Hazırda Təbriz həbsxanasında saxlanılan tələbə hərəkatı fəalı Armita Pavir barədə yeni qərar çıxarılıb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıblar.

Bildirilib ki, məhkəmənin yeni qərarına əsasən Armita Pavir 22 ay 17 gün azadlıqdan məhrum edilib.

Etiraz aksiyalarına qoşulduğuna görə 31 oktyabr 2022-ci ildə həbs edilən Təbriz Universitetinin tələbəsi 8 dekabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Xatırladaq ki, tələbə hərəkatı fəalı etiraz aksiyalarına qoşulduğuna görə son dəfə 21 sentyabr tarixində həbs edilib.

Bundan əvvəl etiraz aksiyalarına qoşulduğuna görə 31 oktyabr 2022-ci ildə həbs edilən tələbə hərəkatı fəalı 8 dekabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən SEPAH-ın Ukrayna təyyarəsini vurmasına etiraz etdiyinə görə 1 il müddətinə Armita Pavirin təhsilinə qadağa qoyulmuşdur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar