SON XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə “Mədəni irs” forumu keçirilir

2023.12.18, 10:28
Azərbaycanda ilk dəfə “Mədəni irs” forumu keçirilir

Azərbaycanda ilk dəfə “Mədəni irs” forumu keçirilir.

Gunaz.tv

Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Forumda mədəniyyətin, milli irsin yaşadılması, inkişafı, təbliği, mövcud vəziyyət, maddi, qeyri-maddi irsimizə, təsviri, tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar aparılır.

Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri, daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar mövzuları üzrə panellər nəzərdə tutulub. 

Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar