SON XƏBƏRLƏR

İctimai fəal məhkəməyə çağırıldı

2023.12.20, 12:56
İctimai fəal məhkəməyə çağırıldı

Ərdəbil şəhərində yaşayan ictimai fəal və "Traxtur" komandasının tərəfdarlarının liderlərindən olan Abdullah Ənsari məhkəməyə çağırlıb.

Gunaz.tv

Bu barədə fəal özünün sosial media hesabında məlumat yayıb.

Ona məhkəmənin onlayn sistemi vasitəsilə göndərilən çağırış məktubunda bu gün -20 dekabrda Təbriz İnqilab Məhkəməsinin 1-ci bölməsinə getməyi istənilib.

Ənsariyə qarşı "ölkənin daxili və xarici təhlükəsizliyinə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq" və "hakimiyyətə qarşı təbliğat" ittihamları irəli sürülüb.

Abdullah Ənsari 16 avqustda Təbrizdə "Səhənd" stadionu qarşısında həbs edilib.

Başqa bir neçə "Traxtur" tərəfdarı ilə təcridxanaya köçürülüb və avqustun 18-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar