SON XƏBƏRLƏR

Güneyli fəala ağır həbs cəzası verildi

2023.12.20, 13:29
Güneyli fəala ağır həbs cəzası verildi

Zəncanın Apellyasiya Məhkəməsi sosial media və ictimai fəal Məhəmməd Məliki barədə çıxarılan ilkin həbs qərarını təsdiq edib.

Gunaz.tv

Bununla da Məhəmməd Məliki 10 il 3 ay azadlıqdan məhrum edilib.

Fəal "hökumətə qarşı təbliat", "milli təhlükəsizliyə zərbə vurmaq üçün əlbir olmaq və toplaşmaq" və "daxili təhlükəsizliyi pozmaq niyyəti ilə Zəncan məhəllələrinin gənclər kanalını yaratmaq və idarə etmək"də günahlandırılıb.

Məhəmməd Məlikini sentyabrın 18-də təhlükəsizlik məmurları saxlayaraq təcridxanaya köçürüb.

O, bu müddət ərzində ailəsi ilə görüşməkdən, telefon əlaqəsi saxlamaqdan məhrum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar