SON XƏBƏRLƏR

Ocanda sənaye şəhərciyində yanğın olub

2023.12.27, 13:23
Ocanda sənaye şəhərciyində yanğın olub

Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) sənaye şəhərciyində güclü yanğın olub.

Gunaz.tv

Bu barədə Təbriz bələdiyyəsinin yanğınsöndürmə bölməsinin başçısı Səid Salehniya məluamt verib.

Onun sözlərinə görə, yanğın Ocanın "Alinəsəb" sənaye şəhərciyinin yapışqan istehsal edən müəssisəsində başlayıb.

Salehniya hadisə yerinə çox sayda yanğınsöndürmə dəstələrinin cəlb edildiyini deyib.

Yerli mənbələr yanğınla yanaşı, bir neçə dəfə güclü partlayış səslərinin eşidildiyini bildiriblər.

Yanğının başvermə səbəbləri və insan itkisi barədə məlumat verilməyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar