SON XƏBƏRLƏR

Heris rayonu Cığa kəndində “Çömçə Xatın” ənənəsi

2023.12.29, 12:29
Heris rayonu Cığa kəndində “Çömçə Xatın” ənənəsi

“Çömçə Xatın” Tanrıdan yağış istmək üçün keçirilən ənənədir.

Gunaz.tv

Bu folklor nümunəsi Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin çox yerlərində, o cmülədən Heris rayonunda, həmçinin Azərbaycan türkləri yaşayan bütün bölgələrdəfərqli formada keçirilir. 

Ənənə başlayarkən kəndin yaxşılıqda tanınan və adətən ağbirçək bir qadını ağacdan olan iri bir çömçəni götürərək kənddə qapı-qapı gəzir. Həmçinin çevrəsinə yığşaraq onu 10 yaşdan az uşaqlar müşayiət edir.

Ev sahibi qapını açarkən Xatın bu qoşmanı oxuyur: 

“Çömçə Xatın nə istər, Allahdan yağış istər, 
Əli-qolu xəmirdə, Bircə qaşıq su istər.”.

Adətən,  ev sahibi çömçəyə biraz su tökür. Xatın çömçədəki suyu başının üstündən götə sarı tullayır. 

Adətən ev sahibi kimi bir qadın çömçəyə biraz su tökür. Xatın çömçədəki suyu başının üstündən göyə sarı tullayır.

Bu halda su uşaqların üzlərinə, üstlərinə tökülür və əllərində olan iki daşı xüsusi ritmlə birbirinə vurub oxuyurlar:


“Çax daşı çaxmaq daşı, yandı ürəyim başı, 
Pir dağının buludu, kasibların umudu, 
Allah, bir yağış göndər, arpa-buğda qurudu”.

“Çömçə Xatın” ənənəsi xalqımızın gözəl və ürək oxşyan folklorlarından bir nümunədir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar