SON XƏBƏRLƏR

“Rəsmilər başqalarının əvəzinə İranın öz xalqını düşünsünlər” - Moləvi Əbdülhəmid

2023.12.30, 11:13
“Rəsmilər başqalarının əvəzinə İranın öz xalqını düşünsünlər” -  Moləvi Əbdülhəmid

Zahidan şəhəri sünni icmasının cümə namazı imamı Möləvi Əbdülhəmid dekabrın 29-u xütbələri zamanı İranda yoxsulluq və bahalığın kritik vəziyyətə çatdığını deyib.

Gunaz.tv

“Xalqa ciddi diqqət ayırmaq və millətin harayına yetişmək dövlətin və sistemin məsuliyyətidir. Xalq dolana bilmək üçün normadan artıq işləyir və ikinci peşəyə üz tuturlar.

 Lakin gündən- günə artan inflyasiya səbəbindən gündəlik yaşam xərclərini belə, çatdıra bilmirlər. 

Ölkə sərvətlidir. Lakin indi kasıb vəziyyətə düşüb. Bunun səbəbi İranın valyutasının dəyərdən düşməsidir” - Moləvi Əbdülhəmid bildirib. 

Sünni lider xütbələrində, həmçinin iqtisadiyyatın sahmana salınmasının asan olduğunu deyərək vurğulayıb: 

“Daxili və xarici siyasət xalqın xeyrinə dəyişməli və milli maraqlara yenidən baxılmalıdır. Siyasət dəyişilməsə, problemlər gündən-günə artıb kəskinləşəcək.”

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar