SON XƏBƏRLƏR

Müdafiə Nazirliyinin rəhbərliyi Baş Klinik Hospitalda olub

2023.12.30, 13:15
Müdafiə Nazirliyinin rəhbərliyi Baş Klinik Hospitalda olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Baş Klinik Hospitalı ziyarət edib.

Gunaz.tv

Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçular və tibb personalla görüşən general-polkovnik Zakir Həsənov onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini çatdırıb.

Nazirliyin rəhbər heyəti hospitalda aparılan müalicə prosesi ilə maraqlanıb, xəstə və yaralıların tezliklə sağlamlıqlarına qovuşmalarını və Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb.

Hospitalın tibb personalının peşəkarlığı, burada xəstə və yaralı hərbi qulluqçuların müalicəsi zamanı göstərilən xidmətlər yüksək qiymətləndirilib.

Şəxsi heyətə bayram hədiyyələri təqdim edilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar