SON XƏBƏRLƏR

Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə atəşfəşanlıq keçirilib

2024.01.01, 09:45
Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə atəşfəşanlıq keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bayram atəşfəşanlığı keçirilib.

Gunaz.tv

Bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri izləyiblər.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb.

Yeni ilin sevincini paylaşmaq üçün şəhərin küçə və meydanlarına axışan sakinlər və paytaxtın qonaqları Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına tamaşa ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar