SON XƏBƏRLƏR

İranda 930 min şagird təhsilini davam etdirə bilməyib

2024.01.01, 14:20
İranda 930 min şagird təhsilini davam etdirə bilməyib

İranın Statistika Mərkəzinin məlumatına istinadən 2022-2023-cü təhsil ilində 930 min ibtidai, orta və tam orta məktəblərinin şagirdləri təhsillərini davam etdirə bilməyib.

Gunaz.tv

Statistikaya əsasən 175 min ibtidai, 198 min orta və 557 min tam orta məktəb şagirdləri təhsillərini dayandırmalı olub.

Mütəxəssislərin fikrincə təhsili dayandırmağa birinci səbəb ailələrdə iqtisadi problemlərin artmasıdır. 

Tam orta məktəb üzrə təhsili dayandırmış oğlan şagirdlərin sayının yuxarı olması onların işləşməyə vaxtından əvvəl başlamalı olduqlarına dəlalət edir. 

Qızlar üzrə də təhsili dayandırmanın əsas səbəbi kimi onlarn 18 yaşından öncə evləndirilmələri qeyd olunur. 

Statistikaya əsasən 2016-2023-cü illər ərzində inflyasiyanın artması prosesi davam edərək 10 faizdən 46-50 faizə yüksəlib. Bu proses təhsili buraxma prosesi ilə əlaqədar birbaşa amil hesab olunur.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar