SON XƏBƏRLƏR

Milli fəallar barədə qərar təsdiq edilib

2024.01.02, 13:13
Milli fəallar barədə qərar təsdiq edilib

Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi Təbrizdən olan milli fəallar Yunis Quluzadə və İbrahim Asimani barədə ilkin məhkəmənin çıxardığı hökmü təsdiq edib.

Gunaz.tv

Qərara görə, milli fəallar həbs və şallaq cəzası əvəzinə 22 milyon tümən (400 dollar) cərimə ediliblər.

İbrahim Asimani və Yunis Quluzadə "Ümumi intizam və asayişi pozmaq"da günahlandırılıblar.

Onlar 16 iyul 2022-ci ildə Urmu gölünün qurudulmasına etiraz aksiyalarında iştirak etdiklərinə görə, başqa milli fəallarla birgə həbs edilmişdilər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar