SON XƏBƏRLƏR

Ermənilər Qasım Süleymaninin ildönümün keçirirlər

2024.01.03, 12:49
Ermənilər Qasım Süleymaninin ildönümün keçirirlər

İran və Suriya erməniləri SEPAH-ın Qüds qüvələrinin keçmiş komandiri Qasım Süleymaninin həlakolmasının dördüncü ildönümü mərasimini keçirirlər.

Gunaz.tv

Bildirilib ki, Azad İslam Universitetinin professoru Andranik Simoniyanın təşkilaçılığı ilə keçirilən mərasimdə Suriya və İran erməniləri çıxış edəcəklər.

Bu gün yerli vaxtla saat 14-16 arası Tehranda keçiriləcək ədbirdə hər iki ölkənin erməni din xadimləri və parlamentlərdəki erməni millət vəkilləri iştirak edəcək.

Qeyd edək ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində öldürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar