SON XƏBƏRLƏR

Qasım Süleymaninin ildönümü mərasimində partlayış- Onlarla ölən və yaralanan var

2024.01.03, 17:17
Qasım Süleymaninin ildönümü mərasimində partlayış- Onlarla ölən və yaralanan var

Yanvarın 3-də İranın Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün keçirilən yürüşdə iki partlayış olub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Süleymaninin dəfn olunduğu qəbristana gedən yolda baş verən partlayışlar nəticəsində 73 nəfər ölüb, 170 nəfər yaralanıb.

İran hökuməti partlayışların terror aktı olduğunu deyib.

Qeyd edək ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində öldürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar