SON XƏBƏRLƏR

Ərdəbildə milli tələbləri əks etdirən qrafikalar naxışlanıb

2024.01.05, 11:03
Ərdəbildə milli tələbləri əks etdirən qrafikalar naxışlanıb

(Güney) Azərbaycan xalqını hüquqları barədə məlumatlandırmaq məqsədi ilə aktivistlər tərəfindən qrafika formasında milli tələblər irəli sürülüb.

Gunaz.tv

Azərbaycanın Milli Hərəkatının Ədəbildəki aktivistləri tərəfindən şəhərin keçidlərində hərəkatın əsas tələbini əks etdirən şablon qrafikalar həkk olunub.

Aktivistlər dərc olunmuş “Azadlıq, Ədalət, Milli Hökumət” tələbini gündəmə gətirməklə güneyliləri daha da məlumatlandırmağa cəhd edirlər.

Belə ki, güneylilərə İranın şovinist hakimiyyəti tərəfindən heç vaxt azadlıq verilməyəcək və ədalətlı yanaşılmayacaq. 

Güneylilərin bütün sosial, iqtisadi və coğrafi problemlərindən qurtarılmasının, o cümlədən, Urmu gölünün qəsdən qurudulmasının qarşını almağın tək yolu Güney Azərbaycanda  Milli Hökumətin qurulmasıdır. 

Fars xalqını təmsil edən hakimiyyət tərəfindən Güney Azərbaycanın hər hansı tuş gəldiyi və gətirildiyi problemlər həqiqi mənada həll olunmayacaq.

Ona görə də: Azadlıq, Ədalət, Milli Hökumət!

Dövləti Olmayan Millət, Çəkər Zillət!

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar