SON XƏBƏRLƏR

"İran uran zənginləşdirməsini sürətləndirib"- Rafael Qrosi

2024.01.17, 11:56
"İran uran zənginləşdirməsini sürətləndirib"- Rafael Qrosi

“Biz İranın nüvə silahına malik olduğunu təsdiqləmirik. Lakin Tehran uran zənginləşdirməsini sürətləndirib". Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş katibi belə deyib.

Gunaz.tv

“Tehran Asiyanın qərbində sabitsizlik və çaxnaşmalardan istifadə edərək öz uran zənginləşdirilməsi proqramını sürətlə davam etdirir. 

Bu ölkə nüvə silahı istehsalına yaxın sayılan çox yüksək miqdarda uran zənginləşdirir. İran Nüvə Silahlarının Yayılmaması Haqqında Konvensiyanın üzvüdür. 

Ona görə də qanunlara tabe olmalıdır. İranın bu istiqamətdə etdiyi hərəkətləri yetərincə deyil və daha çox iş görməlidir. 

Lakin Agentliyin məqsədlərinə zidd olaraq çox qeyri-konstruktiv hərəkət edir ”-deyə Qrosi Dünya üzrə İqtisadi Forumda vurğulayıb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar