SON XƏBƏRLƏR

Pakistanda İrana bağlı terrorçular saxlanıldı

2024.01.18, 11:07
Pakistanda İrana bağlı terrorçular saxlanıldı

Pakistanın Kəşfiyyat Xidməti ölkənin Ravalpindi, İslamabad və Mandi Bəhaəddin şəhərlərində İrana bağlı 4 terrorçunun həbs edildiyini bildirib.

Gunaz.tv

Saxlanılanlar Pakistan Sünni Alimlər Şurasının baş katibinin müavini Məsud Əbdülrəhman Osmaninin qətlində günahlandırılırlar.

Məsələ ilə bağlı İslamabad polisinin yaydığı məlumatda həbs olunan şəxslərin İranın dəstəklədiyi Pakistanın İmamiyyə Tələbələr Təşkilatının üzvləri olduqları qeyd edilib.

Xatırladaq ki, Məsud Əbdülrəhman Osmani yanvarın 15-də İslamabad şəhərində iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.

SEPAH-ın Pakistan torpaqlarına raket və pilotsuz təyyarə ilə hücumundan sonra Tehran ilə İslamabad arasında münasibətlər gərginləşib.

Rəsmi Pakistanın İran hökumətini Məsud Əbdülrəhman Osmaninin qətlində iştirakını elan etməsi iki ölkə arasında münasibətlərin daha da gərginləşəcəyindən xəbər verir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar