Yaxın və Orta Şərqdə gərginlik və münaqişə vəziyyətində olan ölkələrin sayı artmaqda davam edir.
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
Yaxın və Orta Şərqdə gərginlik və münaqişə vəziyyətində olan ölkələrin sayı artmaqda davam edir.
Son günlər münasibətləri gərginləşən ölkələr sırasına İranla Pakistan da qoşulub.
Hər şey yanvarın 16-da İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) heç bir xəbərdarlıq etmədən Pakistan ərazisinə ballistik raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirməsindən sonra başlayıb.
Rəsmi Tehran zərbələrin İran ərazisində bir çox hücumlara cavabdeh olan “Ceyş Əl-Ədl” (Ədalət Ordusu) qruplaşmasının 2 qərargahına endirildiyini, Pakistanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edildiyini bildirib.
“Ceyş Əl-Ədl” qruplaşması İranın Sistan və Bəlucistan vilayətində yaşayan, sünni məzhəbinə mənsub olan bəlucların nümayəndələrindən təşkil olunub və bölgənin müstəqil dövlət olması uğrunda mübarizə aparır. Qruplaşma 2012-ci ildə yaranıb. İran 2023-cü ilin dekabrında ölkənin cənub-şərqində polis məntəqəsinə hücum zaman 11 polisin öldürüldüyü hücuma görə də qruplaşmanı təqsirli sayır. Rəsmi Tehranla yanaşı, “Ceyş Əl-Ədl” ABŞ, Yaponiya, Avstraliya və Yeni Zelandiya tərəfindən də terror təşkilatı kimi tanınır.
Rəsmi İslamabad isə Pakistan ərazisinə xəbərdarlıq edilmədən ballistik raket zərbələrinin endirilməsinə sərt reaksiya verib, İrandakı səfirini geri çağırıb, iki ölkə sərhədini bağlı elan edib.
Bununla kifayətlənməyən Pakistan yanvarın 18-də “Mərq Bar Sarmaçar” (Silahlılara Ölüm) əməliyyatına başladığını bildirib, İranın Sistan və Bəlucistan vilayətində Seravan bölgəsində “Bəlucistanın Azadlıq Ordusu” qruplaşmasının mövqelərinə zərbələr endirib.
Pakistan XİN hücum zamanı bir neçə terrorçunun məhv edildiyini, rəsmi İslamabadın İranın ərazi bütövlüyünə hörmət etdiyini və iki xalqın qardaş olduğunu açıqlayıb.
Pakistan və İran XİN başçılarının yanvarın 17-də baş tutmuş telefon danışığı belə, İslamabadı cavab reaksiyası verməkdən çəkindirə bilməyib.
Qeyd olunmalıdır ki, Pakistanın hədəf aldığı “Bəlucistanın Azadlıq Ordusu” qruplaşması da etnik bəluclardan ibarət olsa da, Pakistanın Bəlucistan vilayətində yaşayan bəluclardan təşkil olunub və bu vilayətdə bəluc dövləti qurmaq üçün hökumət qüvvələri ilə silahlı mübarizə aparır. Təşkilat Pakistanla yanaşı, ABŞ, Avropa İttifaqı və Çin tərəfindən terrorçu təşkil kimi tanınır.
Məsələyə geniş baxdıqda, İslamabadla Tehran arasında münasibətlərin gərginləşməsinin təkcə iki ölkənin sərhədində yaşayan və hər iki tərəfi narahat edən bəluc separatizmi ilə bağlı olduğu görünmür.
İlk növbədə, qeyd olunmalıdır ki, son aylar baş verən hadisələr ötən il oktyabrın 7-də HAMAS-ın İsrailə hücumundan sonra başlayan geosiyasi hərəkətliliyin fəsadlarından biridir. İsraillə mübarizəni xarici siyasət doktrinasının əsası elan edən İran Qəzza sektorunda davam edən döyüşlər fonunda xarici siyasətdə aqressiv ritorikaya geniş yer verməyə başlayıb. İranın proksi qüvvələri sayılan Livandakı “Hizbullah” qruplaşması İsrail ərazisini atəşə tutur və Yəməndəki husilər Qırmızı dənizdə yük daşıyan gəmilərinə hücumlar edir.
Rəsmi Tehran isə yanvarın 16-da Suriya və İraqın şimalındakı Ərbil şəhərinə ballistik raketlərlə zərbələr endirib.
Bu addımların arxasında İran hakimiyyətinin mühafizəkar qanadının region ölkələrinə əzələ nümayiş etdirmək istəyi duyması mümkündür. Eyni zamanda, Tehran rejiminin niyyəti ictimaiyyətin diqqətini 2022-ci ilin sonlarında tələbə Məhsa Aminini “əxlaq polisi” tərəfindən öldürülməsindən sonra başlayan və hələ də səngiməmiş kütləvi etirazlardan yayındırmaq, insanları xarici təhlükələrə fokuslandırmaq da ola bilər. Xüsusən, Qərbin sanksiyaları fonunda yaranmış ağır iqtisadi durum, milli valyuta - rialın dollar qarşısında dəyər itirməyə davam etməsi fonunda bu versiyanı gözdən çıxarmaq olmaz.
Amma parçalanmış durumda olan Suriya və Tehranın müəyyən dini-siyasi təsiri altında qalan İraqdan fərqli olaraq, nüvə dövləti sayılan Pakistan İrana tək diplomatik deyil, həm də hərbi cavab verdi. Ehtimal ki İran hakimiyyətindəki radikal qanad həssas iqtisadi durumda olan, fevralın 8-də federal parlamentə seçkilərə hazırlaşan Pakistandan belə cavab gözləmirdi.
Bu kontekstdə İranın son illər Pakistanın əsas siyasi rəqibi Hindistanla sıx iqtisadi və siyasi əlaqələr qurması diqqət çəkir. Tərəflərin İranın Hind okeanında yerləşən Çabahar limanını modernləşdirməklə İran ərazisindən yüklərin Rusiyaya və Avropaya çatdırılmasına dair planı mövcuddur.
Təsadüfi deyil ki, Hindistan Xarici İşlər Nazirliyi də İranın Pakistan ərazisinə zərbələr endirməsini açıq şəkildə dəstəkləməsə də, anlayışla yanaşdığını bildirmişdi.
İstənilən halda, İranla Pakistan arasında prinsipial geosiyasi məsələlər mövcud deyil. Buna görə də son gərginliyin böyüməsi və daha genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsi hər iki tərəfin arzulamadığı ssenaridir.
Gərginliyin davam etməsi Azərbaycan da daxil olmaqla, qonşu ölkələr, o cümlədən hər iki ölkənin ərazisindən keçən “Bir qurşaq - bir yol" layihəsinin təşəbbüskarı olan Çin üçün yaxşı heç nə vəd etmir. Çinin baş verənlərə çevik reaksiyası bunu bir daha göstərir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Pekin Pakistan və İran arasında vasitəçilik etməyə hazırdır.
Bu baxımdan Pakistan-İran gərginliyinin qısa zamanda yekunlaşacağını gözləmək olar. (APA)
GünazTV
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb