SON XƏBƏRLƏR

İlk türk astronavtının kosmosa uçuşu başlayıb

2024.01.19, 09:53
İlk türk astronavtının kosmosa uçuşu başlayıb

Türkiyə tarixdə ilk dəfə olaraq öz astronavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərib.

Gunaz.tv

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-a göndərilib.

Qeyd edək ki, A. Gezeravcı 14 gün ərzində BKS-da 13 elmi təcrübə həyata keçirəcək.

"Türkiyənin insanlı ilk uzay misiyonu üçün ilk türkün uzaya addım atdığı bu anı uca Atamızın, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün sözü ilə başlatmaq istəyirəm: İstiqbal göylərdədir",- türkiyəli astronavt uçuşdan bir an əvvəlki çıxışında söyləyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar