SON XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat tapılıb

2024.01.20, 11:52
Xankəndidə xeyli silah-sursat tapılıb

İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb.

Gunaz.tv

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Füzulidə də polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 8 avtomat və 3 qumbaraatan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərlə rayon sakinləri tapdıqları 1 ədəd snayper və 1 ədəd ov tüfəngini polis əməkdaşlarına təqdim ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar