SON XƏBƏRLƏR

İraqda İran məhsullarından imtina etməyə çağırıldı

2024.01.21, 20:08
İraqda İran məhsullarından imtina etməyə çağırıldı

SEPAH-ın Ərbilə şəhərinə raket və PUA hücumlarından sonra İraq xalqı İran məhsullarını boykot etmək üçün kampaniyaya başlayıb.

Gunaz.tv

Bu barədə İraq mediası və sosial media fəalları məlumat yayıb.

Onlar İran məhsullarını boykot etmək və onları İraq milli məhsulu və ya ərəb məhsulu ilə əvəz etməyə çağırırlar. 

İraqlılar sosial şəbəkələrdə şəkillər dərc edərək həmvətənlərini İran məhsullarını almamağa təşviq edirlər.

Qeyd edək ki, yanvarın 16-da İranın Ərbil şəhərinə raket hücumu nəticəsində 5 mülki şəxs ölüb, 6 nəfər isə yaralanıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar