SON XƏBƏRLƏR

Xankəndi və Xocavənddə silah-sursat tapılıb

2024.01.22, 11:56
Xankəndi və Xocavənddə silah-sursat tapılıb

Polis əməkdaşları həftəsonu Xankəndi şəhəri ərazisində 17 silah, 4 qumbara aşkarlayıb.

Gunaz.tv

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd tüfəng, 4 ədəd qumbara, 52 ədəd patron darağı, 1972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bununla yanaşı Xocavənd rayonunda da silah-sursat aşkar edilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən 1 ədəd qumbaraatan, 24 ədəd əl qumbarası, müxtəlif çaplı mərmi və patronlar, eləcə də digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar