SON XƏBƏRLƏR

Şuşa şəhərində turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək

2024.01.23, 14:04
Şuşa şəhərində turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək

Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkil ediləcək.

Gunaz.tv

Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2024-cü il ərzində Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkilini təmin etməlidir.

Qeyd edək ki, bu ilin may ayında “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışı baş tutacaq.

Tədbirlər Planına əsasən, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə açılış mərasimi ilə bağlı tapşırıq verilib.

2024-cü ilin dekabr ayında isə Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimini Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təşkil edəcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar