SON XƏBƏRLƏR

Məşhur türkmən aktivist Tahir Sarlı saxlanılıb

2024.01.24, 11:51
Məşhur türkmən aktivist Tahir Sarlı saxlanılıb

Sarlı Gülüstan Əyalətinin (əvvəlki adı Türkmən Səhra) Günbəd Kavus şəhəri Ümumi Prokurorluğuna çağırılıb və saxlanılıb.

Gunaz.tv

Türkmən siyasi aktivist şəhərin Mərkəzi Həbsxanasına aparılıb. 

Aktivistə “ictimaiyyət düşüncəsini çaşdırmaq” yolu ilə “Respublikanın təhlükəsizliyinə qarşı hərəkət” itihamı elan olunub. 

48 yaşlı Tahir Sarlı Günbəd Kavus rayonu Sarlı kəndinin sakinidir. O, Şahrud şəhəri Azad İslam Universitetinin bakalavr pilləsinin tələbəsi olub. 

Həmçinin Güney Azərbaycanın Zəngan Əyaləti Əbhər şəhərində həmin universitetin digər filialında tarix ixtisası üzrə magister pilləsini bitirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar