SON XƏBƏRLƏR

Amerika hərbçilərinin İraqda qalması müzakirə olunacaq

2024.01.25, 11:21
Amerika hərbçilərinin İraqda qalması müzakirə olunacaq

ABŞ və İraqın müdafiə nazirliklərinin nümayəndələri yaxın həftələrdə Amerika qoşunlarının ölkədə hərbi mövcudluğunun gələcəyi ilə bağlı danışıqlar aparacaqlar.

Gunaz.tv

Bu barədə Fox News mənbəyə istinadən yazıb. Pentaqon qarşıdan gələn danışıqları bu həftənin sonunda açıqlayacaq.

Tərəflər arasında danışıqlar ilkin olaraq 2023-cü ilin avqust ayına, HƏMAS-ın İsrailə hücumundan və İraqda ABŞ əsgərlərinə hücumlar başlamazdan çox əvvəl nəzərdə tutulmuşdu.

Nəşr bildirib ki, baş verən son hadisələr fonunda danışıqlar avqustda gözləniləndən fərqli nəticə verə bilər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar