SON XƏBƏRLƏR

Britaniyanın müdafiə naziri: Husilər İranın himayə etdiyi dəniz qurdularıdır

2024.01.25, 12:16
Britaniyanın müdafiə naziri: Husilər İranın himayə etdiyi dəniz qurdularıdır

Britaniyanın müdafiə naziri Qrant Şapps Qırmızı dənizdə beynəlxalq gəmiçiliyi təhdid edən təhlükələrin artması və İranın bu sahədəki rolu barədə danışıb.

Gunaz.tv

O, bu barədə Britaniya mediasına müsahibəsində deyib.

"Husilər İran tərəfindən dəstəklənən dəniz quldurlarıdırlar və dünya İran təhlükəsini dərk etməlidir”,- nazir bildirib.

Nazir Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə qarşı davam edən təhlükə və təhdidlərə işarə edərək, ötən ilin noyabr ayından bu yana Qırmızı dənizdə 40-dan çox hücumun həyata keçirildiyini bildirib.

Qrant Şapps  Qırmızı dənizdə husilərə qarşı əməliyyatların bu məqsədlə və beynəlxalq ticarətin qorunması üçün həyata keçirildiyini qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya müdafiə nazirinin bu bəyanatı yanvarın 24-də Yəmən sahillərində Ədən və Əl-Muxa yaxınlığındakı sularda iki dəniz insidentinin baş verməsi barədə xəbərlərin yayılmasından sonraya təsadüf edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar