SON XƏBƏRLƏR

Güneyli sosial media fəallarına təzyiq göstərilir

2024.01.26, 13:13
Güneyli sosial media fəallarına təzyiq göstərilir

İran Təhlükəsizlik və Kəşfiyyat məmurları Güney azərbaycanlı bloger və sosial media fəallarını təhdid edirlər.

Gunaz.tv

Bu barədə güneyli sosial media fəalları məluumat yayıb.

Onların sözlərinə görə, bir neçə şəhərdə Təhlükəsizlik və Kəşfiyat Nazirliyinin yerli bölmələri fəallara zəng edib, onlara tövsiyələr veriblər.

Fəallardan milli məzmunlu marş, mahnı və materialların paylaşımını məhdudlaşdırmaq tələb edilib.

“Təhlükəsizlik məmurları Azərbaycan Respublikasından olan media və sosial media nümayəndələri ilə əlaqə saxlamamağa çağırıblar”, - güneyli fəallar bildiriblər.

Sosial media fəallarının sözlərinə görə, məmurlar fəalları qeyd olunan məsələlərə diqqət etmədikləri təqdirdə məsuliyyətə cəlb olunacaqları ilə təhdid ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar