SON XƏBƏRLƏR

BMT-nin insan haqları üzrə rəsmisi İrana səfər edəcək

2024.01.27, 14:21
BMT-nin insan haqları üzrə rəsmisi İrana səfər edəcək

BMT-nin İnsan Haqları üzrə Ali Kommisarlığının sədr müavini Nida Əlnəşif araşdırıma məqsədi ilə İrana səfər edəcək.

Gunaz.tv

Əlnəşif İranda edamlar və qadın haqları üzrə məsələləri araşdırmaq məqsədi ilə noyabrın 3-ü Tehrana səfər edəcək. O, 2 günlük səfəri ərzində İran rəsmiləri ilə görüşəcək. 

İranda insan haqları aktivistləri məcmusu üzrə qurum onun səfərindən əvvəl İran hakimiyyəti qarşısında şərtlər qomasını təklif ediblər. 

O cümlədən, məhbusların saxlanıldıqları məkanlara baxış və edam hökmü çıxarılmış məhkumlarla görüş imkanının hakimiyyət tərəfindən təmin olunması şərtləri təklif olunub. 

Həmçinin iclas keçirməklə görüşəcək məhbus ailələrinin sonra hakimiyyətin basqısına məruz qalmayacaqları barədə təzminat vacibliyi qeyd olunub. 

Digər bir şərt kimi BMT-nin Həqiqətləri Ayırdetmə Komitəsi ilə əməkdaşlıq olunmadığı barədə hakimiyyətə təzyiq olunması xahiş olunub.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar