SON XƏBƏRLƏR

İran təbliğat büdcəsini bir neçə dəfə artırdı

2024.01.28, 11:11
İran təbliğat büdcəsini bir neçə dəfə artırdı

İran parlamentinin üzvləri yeni büdcə ilinin layihəsini müzakirə edib və Radio Televizya Şirkətinə illik 24 trilyon tümən (480 milyon dollar)  vəsait ayrılması barədə təklifə səs veriblər.

Gunaz.tv

Bununlada cari büdcə ilində vəsaiti 8 trilyon tümən (160 milyon dollar) olan şirkətin büdcəsi 3 dəfə artırılıb.

Qeyd edək ki, bu artım həm də xarici ölkələrdə hökumətin siyasi-ideolojik təbliğatının genişləndirilməsi məqsədilə edilib.

Bir müddət əvvəl İran hökuməti siyasi-ideoloji təbliğatını genişləndirmək məqsədilə 24 dildə veriliş yayımlayacaq "Səhab" adlı yeni televizya kanalının açılmasına qərar verib.

Bildirilib ki, televizya kanalı İran televizyasının xarici verilişlər bölməsi tərəfindən açılır və yalnız xarici ölkələrdə yayımlanacaq.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar