SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda xərçəng xəstəliyinə yoluxanların sayı artıb

2024.02.01, 13:16
Şərqi Azərbaycanda xərçəng xəstəliyinə yoluxanların sayı artıb

Şərqi Azərbaycan əyalətində xərçəng xəstəliyinə yoluxma halları əvvəlki illərlə müqayisədə dahada artıb.

Gunaz.tv

Bu barədə Təbriz Tibb Elmləri Universitetinin rektor müavini Hüseyn Həqqayi açıqlama verib.

Bildirilib ki, döş, prostat, mədə, kolorektal, dəri, ağciyər, sidik kisəsi, qalxanabənzər vəzi və qan xərçənginə yoluxma sayında artım qeydə alınıb.

Həqqayi xərçəng xəstəliyinə yoluxanların 49%-nin qadınlar, 51%-nin isə kişilər olduğunu deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə xərçəng xəstələrinin sayı 141,641 nəfərdir.

Qeyd edək ki, son statistikaya görə, İranda hər il 55 min nəfər xərçəng xəstəliyinə yoluxduğuna görə həyatını itirir.

Bununla yanaşı, son 30 il ərzində ölkədə 50 yaşdan aşağı vətəndaşlar arasında xərçəngə yoluxma hallarının 80 faiz artdığı deyilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar