SON XƏBƏRLƏR

"Fərdayi İqtisad" dərgisində işləyən jurnalistlər iş yerlərində həbs olunublar

2024.02.06, 14:39
"Fərdayi İqtisad" dərgisində işləyən jurnalistlər iş yerlərində həbs olunublar

Sosial şəbəkələrdə yayılmış xəbərlərə istinadən dərginin jurnalistlərindən bir neçəsi iş yerlərində həbs olunublar.

Gunaz.tv

İqtisadiyyatın Sabahı anlamında olan və Tehran şəhərində nəşr olunan "Fərdayi İqtisad" dərgisinə qarşı bu hərəkətin hansı orqan tərəfindən olunduğu barədə hələ məlumat yoxdur.

Jurnalistlər Tehran vaxtı ilə fevralın 5-i günortadan sonra saat 2-də dərginin binasında həbs olunublar. Onlara zənglər olunur, lakin əhatə dairəsində olmadıqları bildirilir. 

Həmçinin dərgiyə bağlı sosial şəbəkələrdəki hesabları güncəlləşməyib. İranın daxilində yaşayan digər bir jurnalist Məryəm Şükrani fevralın 6-na keçən gecə saat 4-də onlardan 4-5-nin sərbəst buraxıldıqlarını deyib. 

Jurnalistlərin ailələrindən bəzilərinin dərginin binası qarşısında toplaşdıqları bildirilir. Məlumata əsasən binanın içərisində saxlanılan jurnalistlərin sayı müəyyən edilməyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar