SON XƏBƏRLƏR

Tehran şəhərində 18 min “çox təhlükəli” kateqoriyalı bina var

2024.02.08, 13:24
Tehran şəhərində 18 min “çox təhlükəli” kateqoriyalı bina var

Tehran şəhəri Yanğınsöndürmə Təşkilatınnı sözçüsü bu meqaşəhərdə 18 min “çox təhlükəli” kateqoriyası ilə sinifləndirilən binanın olduğunu açıqlayıb.

Gunaz.tv

Calal Məliki bu sayda binanın təhlükəli olmasının şəhər üçün həyacan siqnalı hesab olunduğunu deyib.

Sözçünün bildirdiyinə görə hal-hazırda Tehran şəhərində 75 binanın vəziyyəti kritikdir. 

Məliki bildirib ki, Plasko ticarət binasında, Qandi adına Xəstəxanada və Sina Əthər Müalicə Mərkəzində yanğınların oluşması əhalidə nigaranlıq doğurub.

“Həmçinin təftiş aparılmış 2300 müalicə mərkəzlərindən yalnız 1800 mərkəz Yanğınsöndürmə Təşkilatının sertifikatına layiq oluhb.”- deyə Məliki əlavə edib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar