SON XƏBƏRLƏR

Ətraf mühit və işçi hərəkatı fəalı İsmayıl Əhmədiyə həbs cəzası verildi

2024.02.11, 15:25
Ətraf mühit və işçi hərəkatı fəalı İsmayıl Əhmədiyə həbs cəzası verildi

Şərqi Azərbaycan əyalətinin Vərziğan mahalından olan Ətraf mühit və işçi hərəkatı fəalı 9 ay həbs və 70 şallaq cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

 O, "müqəddəsləri təhqir etmək", "vətəndaşları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə təhrik etmək", "müxalif qruplarla əlaqə", "yalan məlumatlar yaymaq" və "İslam Respublikasına qarşı təbliğat"da günahlandırılıb.

Qeyd edək ki, İsmayıl Əhmədi 21 avqust tarixində həbs edilərək təcridxanaya köçürülüb və orada dindirildikdən sonra 24 avqustda 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəal, Vərziğan mahalının Süngün mis mədəni işçilərinin əmək haqlarının verilməməsi, işçilərin hüquqlarının pozulması və mədən istismarçılarının ətraf mühiti çirkləndirmələrinə etiraz etdiyinə, məsələni ictimailəşdirdiyinə görə saxlanılmışdı. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar