SON XƏBƏRLƏR

Güneyli aktivistə qarşı iş açılıb

2024.02.13, 13:32
Güneyli aktivistə qarşı iş açılıb

Güneyli aktivist Asena Şəbaniyə qarşı Təbriz şəhəri Prokurorluğunun Birinci İstintaq Şöbəsində iş açılıb.

Gunaz.tv

Fevralın 12-də xanım Şəbaniyə elektron mesaj gəlməklə əleyhinə iş açıldığı bildirilib. Onun yoldaşı Şahin Bərzgər öz İnstaqram hesabında bu barədə açıqlama verib.

Onun bildirməsinə əsasən istintaq orqanı tərəfindən yoldaşı Asenaya SMS mesajı gəlib və əleyhinə 0201638 arxiv nömrəsi ilə iş açıldığını bildiriblər. 

Həmçininq işin tədqiqat üçün Təbriz şəhəri Behişti adına İstintaq Kompleksinə göndərildiyi və yoldaşının prokurorluğa çağırılacağı qeyd olunub.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar