SON XƏBƏRLƏR

ABŞ, İranın Oman dənizində raket sınağına rekasiya verib

2024.02.14, 12:18
ABŞ, İranın Oman dənizində raket sınağına rekasiya verib

ABŞ Dövlət Departamenti fevralın 13-də SEPAH tərəfindən sınaq üçün ballistik raketin atılmasının Amerikanın bölgə üzrə qərarlarının dəyişməsinə təsir etməyəcəyini bildirib.

Gunaz.tv

Departamentin sözçüsü Metyu Miller bu barədə ''Amerikanın Səsi'' xəbər agentliyinin sualına mövqe bildirib.

“İran hakimiyyəti ballistik raketin sınaqdan keçirilməsi ilə HƏMAS-İsrail müahiribəsini dayandırmaq üçün ABŞ-a təzyiq göstərmək məqsədi güdürsə, bilməlidir ki, belə hərəkətlər ABŞ-ın qərarlarına əsla təsiri etməyəcək”- deyə sözçü qeyd edib.

Miller sözlərinin davamında İranın dəstəklədiyi qrupların, o cümlədən HƏMAS-ın bölgədə sabitliyi pozduğunu deyib. 

Sözçü həmçinin vurğulayıb ki, ABŞ Orta Şərqdə sabitliyin qurulması, gələcəkdə digər çaxnaşmaların qarşısının alınması və bölgədə sülhün bərpası üçün çalışır.

Xatırladaq ki, İran fevralın 13-ü bir neçə ballistik raketin Oman dənizində yerləşən SEPAH-a məxsus Məhdəvi adlı döyüş gəmisindən atıldığını təsdiqləyib. 

SEPAH-ın komandiri Hüseyn Salaminin iddiasına əsasən bu növ raketlər 1700 kilometr məsafədəki hədəfləri vura bilir.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar