SON XƏBƏRLƏR

Tehranda 4 jurnalist polis təcridxanasına köçürülüb

2024.02.14, 15:15
Tehranda 4 jurnalist polis təcridxanasına köçürülüb

İranda media işçilərinə təzyiqlərin davamında "Fərdayi iqtisad" qəzetinin 4 jurnalisti Tehran şəhərinin polis təcridxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Mehrdad Əsgəri, Nikan Xəbbazi, Əli Təsnimi və Behzad Bəhmənnəjad fevralın 9-da təhlükəsizlik məmurlarının Tehranda "Fərdayi iqtisad" qəzetinin ofisinə basqını zamanı saxlanılmışdılar.

Onların nədə günahlandırıldıqları və həbs səbəbləri barədə açıqlama verilmir.

Qeyd edək ki, təhlükəsizlik məmurları fevralın 5-də "Fərdayi iqtisad" qəzetinin ofisinə basqın edib və orada olan 30 jurnalist 14 saat ofisdə saxlanılıb.

Fevralın 6-ı səhər saatlarında digər jurnalistlərin redaksiyadan çıxışına icazə verilib, ancaq yuxarıda adı çəkilən 4 jurnalist orada saxlanılıb və fevralın 9-da naməlum yerə aparılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar