SON XƏBƏRLƏR

Tehran öldürülən terroristə görə İsveçrədən izahat istədi

2024.02.14, 20:10
Tehran öldürülən terroristə görə İsveçrədən izahat istədi

İran Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl İsveçrədə öldürülən iranlıya görə İsveçrənin İrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Xarici İşlər Nazirliyinin Konsulluq Baş direktoru Seyyid Kazım Səccadi, İsveçrə səfiri ilə görüşdə bir iranlının İsveçrə polisi tərəfindən öldürülməsi xəbəri ilə bağlı izahat tələb edib.

Qeyd edək ki, fevralın 8-i axşam saatlarında İsveçrənin qərbində qatarda olan 14 sərnişin və sürücünü girov götürən iranlı polis tərəfindən öldürülüb.

Girov götürən iranlının kimliyi və hadisənin səbəbi barədə açıqlama verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar