SON XƏBƏRLƏR

İranlılar seçkilərə laqeyd yanaşır

2024.02.19, 12:40
İranlılar seçkilərə laqeyd yanaşır

İranda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı aparılan son rəy sorğusuna görə, ölkə vətəndaşlarının əksəriyyəti seçkilərdə iştirak etməyəcəklər.

Gunaz.tv

Bu barədə İranın "Vətəni emruz" saytı məlumat yayıb.

Bildirilib ki, parlament seçkilərinin keçirilməsinə 11 gün qalmasına baxmayaraq, vətəndaşların 52%-i seçkilərin nə vaxt baş tutacağından xəbərsizdir.

Qeyd edək ki, İran parlamentinin 12-ci dövr və Rəhbərin Səlahiyyətlərini Müəyyənləşdirən Ekspertlər Məclisinin seçkilərinin martın 1-də keçiriləcəyi planlaşdırılıb.

Ekspertlər seçkilərin sönük keçəcəyini, vətəndaşların iştirakının az olacağını proqnozlaşdırır.

Seçkilərin boykot edilməsi ilə bağlı ölkə daxili və xaricində fəaliyyət göstərən qurumlar çağırışlar edib.

Onlar əksəriyyətin narazı olduğu Tehran hakimiyyətinin saxta seçkilərlə legitimlik qazanmağa cəhd etdiyini bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar