SON XƏBƏRLƏR

Azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçirib

2024.02.20, 10:43
Azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçirib

Fevralın 19-da Urmu, Ərak, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, İranda Rabitə Nazirliyi və Təhsil Nazirliyinin işçiləri iki ildir hər həftə ənənəvi etiraz aksiyası keçirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar