SON XƏBƏRLƏR

Ana dili hərəkatı fəalı Tehrana aparıldı

2024.02.22, 10:33
Ana dili hərəkatı fəalı Tehrana aparıldı

Fevralın 6-da Gilan əyalətinin Rəşt şəhərində həbs edilən azərbaycanlı ana dili hərəkatı fəalı Vədud Əsədi Tehranın Evin həbsxanasına aparılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları deyib.

Bildirilib ki, fəal fevralın 20-də qısa telefon danışığı zamanı Tehrana aparıldığını bildirib.

Qeyd edək ki, təhlükəsizlik məmurları Əsədini 6 fevralda Rəştdəki şəxsi mənzilində döyərək həbs edib.

Onun şəxsi əşyaları, o cümlədən komputer və telefonu müsadirə edilib.

Fəalın həbs səbəbi və ittihamı barədə açıqlama verilməyib.

Vədud Əsədi bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə məhkumluq dövrü yaşayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar