SON XƏBƏRLƏR

İran sərbəst iqtisadiyyatı olmayan ölkələr sırasında aşağı yerlərdə qərarlaşıb

2024.02.28, 12:18
İran sərbəst iqtisadiyyatı olmayan ölkələr sırasında aşağı yerlərdə qərarlaşıb

İrs Fondunun (Heritage Foundation) İqtisadiyyat Sərbəstliyi Göstəricisi barədə yeni hesabatına əsasən İran sərbəst iqtisadiyyata təzyiq göstərən ölkələr sırasındadır.

Gunaz.tv

Fondun hesabatına istinadən İran iqtisadiyyat sərbəstliyi üzrə 100 baldan 41.2 bal toplayaraq dünyanın 184 ölkəsi sırasında 169-cu yeri tutub.

Fondun  2024-cü il üzrə yenicə nəşr olunmuş hesabatında mövcud məlumata görə İran ötən illə müqayisədə 1 bal aşağı enib.

Sinqapur, İsveçrə, İrlandiya və Tayvan sıra ilə ən yüksək bal almaqla dünyanın ən sərbəst iqtisadiyyatı titulunu qazanıblar. 

Venezuela, Kuba və Şimali Koreya isə ən aşağı bal almaqla siyahının ən aşağısında qərarlaşıblar. 

İran 18 Orta Şərq və Şimali Afrika ölkələri sırasında 14-cü yeri tutmaqla yerləşdiyi bölgədəki ölkələr sırasında ən aşağı pillələrdə qərarlaşıb.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar