SON XƏBƏRLƏR

“İslam Respublikası despot bir rejim, İran isə azadlıq olmayan ölkədir”- Beynəlxalq Qurum

2024.02.29, 11:21
“İslam Respublikası despot bir rejim, İran isə azadlıq olmayan ölkədir”- Beynəlxalq Qurum

Araşdırma mərkəzi Azadlıq Evinin yeni hesabatında ötən il üzrə azadlığı pozan ölkələrin adları açıqlanıb.

Gunaz.tv

İran siyahıda ən aşağılarda qərarlaşmaqla Azadlıq Göstəricilərinə yiyələnmək baxımdan hələ də “azadlıq olmayan ölkə” kimi qiymətləndirilir.

Vaşinqton şəhərində yerləşən Azadlıq Evi öz hesabatında dünya ölkələrində azadlığın ölçülməsi standartları olaraq vətəndaşların siyasi hüquq və mədəni azadlıqlara yiyələnmə miqdarını əsas götürüb.

“2024-cü il üzrə Dünyada Azadlıq” başlığı ilə hazırlanmış hesabatda İran hakimiyyəti “despot rejim” kimi təqdim olunub. 

Belə ki, İran İslam Respublikası 2023-cü ildə hakimiyyətin əleyhinə etirazlarda hökumət məmurlarımdan istifadə edərək “kobud basqılar etmiş” və “represiyaları gücləndirmiş” ölkə kimi hesab olunub. 

Həmçinin demokratik ölkələrə Rusiya və İran kimi despot rejimlərə sanksiyaları sərtləşdirmək tövsiyə olunub. 

Belə ki, bu iki ölkə sanksiyalara rəğmən hələ də öz neftlərini ixrac edir və başqa ölkələrə silah göndərirlər.

Hesabata əsasən dünyada “seçkilərdə saxtakarlıq” və “plüralizmə qarşı tədbirlər” azadlıqların enməsində böyük rol oynayıb. 

Habelə, İran Azadlıq Göstəriciləri baxımdan ötən 10 il ərzində siyahının ən aşağısına enmiş ölkələr sırasındadır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar