SON XƏBƏRLƏR

İranda ər-arvad qalma müddəti aşağı salınıb

2024.03.07, 14:18
İranda ər-arvad qalma müddəti aşağı salınıb

Bu barədə İran mediasında məlumatlar dərc olunaraq 5 ildən az ər-arvad qalmış cütlüklər arasında 65 min boşanmanın olduğu bildirilir. 

Gunaz.tv

İran Statistika Mərkəzi tərəfindən nəşr olunan statistikaya istinadən 2022-ci ildə 204 mindən artıq boşanma qeydə alınıb. 

Onlardan 12 mini 1 ildən az, 53 mini isə 1-5 il müddətinə ər-arvad qalmış cütliklərin boşanmalarına aiddir.

Statistikaya əsasən evlənmənin boşanmaya nisbəti azalmaqla 3 nikah qarşılığında 1 boşanma qeydə alınır. 

Lakin bu nisbət əvvələr 12 nikah qarşılığında 1 boşanma olub. Müvafiq mütəxəssislərin fikrincə bu proses narahatlıq doğurur. 

Belə ki, proses İranın sosial cəmiyyətinin tərkibinə təsir edərək cəmiyyətin qocalması ilə nəticələnə bilər. 

Həmçinin bu prosesin səbəbləri barədə şəxslərin ənənəvi olaraq ər-arvadlıq hüdudlarından uzaqlaşması nəticəsində boşanma üçün qərar verməyin daha da asanlaşdığı qeyd olunub. 

Lakin mütəxəssislər boşanma barədə digər səbəblərin də olduğunu deyirlər. 
O cümlədən  işsizlik, gəlirin az olması və ölkədə iqtisadi problemlərin həll olunmaz qalması səbəbindən ər-arvadlıq əlaqələrinin sona çatması vurğulanır. 

Məlumata əsasən dövlət bu prosesin qarşısını almaq üçün evlənmə krediti verdiyi halda yenə də nikah faizi azalır. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar