SON XƏBƏRLƏR

Milanda güneyli hüquq müdafiəçisinin şərəfinə xatirə lövhəsi qoyulub 

2024.03.08, 12:23
Milanda güneyli hüquq müdafiəçisinin şərəfinə xatirə lövhəsi qoyulub 

Beynəlxalq Qadınlar Günü münasibətilə İtaliyanın Milan şəhərində hazırda Tehranın Evin həbsxanasında saxlanılan güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin şərəfinə qoyulan xatirə lövhəsinin açılış mərasimi keçirilib. 

Gunaz.tv

2023-cü ilin Nobel Sülh mükafatı laureatının şərəf lövhəsi Qarvio Fondu tərəfindən qoyulub.

Milan şəhərinin parkında keçirilən açılış mərasimində şəhər merinin müavini və bir sıra rəsmilər iştirak edib.

Mərasimində çıxış edən Nərgiz Məhəmmədinin həyat yoldaşı Taği Rəhmani hüquq müdafiəçisinin cinsi ayrıseçkiliyi tənqid etdiyi məktubunu oxuyub. 

Nərgiz Məhəmmədi Evin həbsxanasından yazdığı məktubda İtaliya xalqını, beynəlxalq ictimaiyyəti, insan haqları və qadın hüquqları təşkilatlarını İran və Əfqanıstanda qadınlara qarşı olan cinsi ayrıseçkiliyə və azadlıqlarının məhdudlaşdırılmasına qarşı mübarizə aparmağa çağırıb. 

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar