SON XƏBƏRLƏR

"Sabitliyin yaranması üçün İran cilovlanmalıdır"- Bayden

2024.03.08, 14:40
"Sabitliyin yaranması üçün İran cilovlanmalıdır"- Bayden

ABŞ prezidenti Co Bayden martın 7-i Konqresdə çıxışı zamanı Orta Şərq bölgəsində sabitliyin yaranması məqsədi ilə İranın cilovlanmasının vacib olduğunu deyib.

Gunaz.tv

“Orta Şərqdə sabitliyin yaranması həmçinin İran hədələrinin cilovlanması anlamındadır. 

Bu səbəbdən Qırmızı Dənizdə beynəlxalq dəniz naviqasiyası və gəmiçiliyin sərbəstliyini qorumaq məqsədi ilə mən bir neçə ölkədən ibarət koalisiya yaratdım. 

Mən husilərin həmlə gücünün azaldılması və bölgədə ABŞ qüvvələrini qorumaq üçün onlara hücum əmri verdim” - Co Bayden bildirib.

Prezident Bayden sözlərinin davamında deyib: “Mən silahlı qüvvələrin baş komandanı olaraq xalqı və hərbi personalın qorunması istiqamətində digər hərəkətlərə göstəriş verməyi əsirgəməyəcəyəm”.

Qeyd edək ki, Bayden İrana qarşı ciddi tədbirlər görmədiyi və bu ölkəni yola verdiyi üçün senatorlar tərəfindən dəfələrlə tənqidlərə məruz qalıb. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar