SON XƏBƏRLƏR

Milli fəal müvəqqəti azadlığa buraxılıb

2024.03.11, 10:36
Milli fəal müvəqqəti azadlığa buraxılıb

Gilan əyalətinin Rəşt şəhərində yaşayan milli - mədəni fəal Vədud Əsədi müvəqqəti sərbəst buraxılıb.

Gunaz.tv

Yerli hüquq müdafiəçilərinin verdiyi məlumata görə, o, 800 milyon tümən girov qarşılığında məhkəməyə qədər Tehranın Evin həbsxanasından azad edilib.

Qeyd edək ki, təhlükəsizlik məmurları Əsədini 6 fevralda Rəştdəki şəxsi mənzilində döyərək həbs edib.

Onun şəxsi əşyaları, o cümlədən kompüter və telefonu müsadirə edilib.

Fəalın həbs səbəbi və ittihamı barədə açıqlama verilməyib.

Vədud Əsədi bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə məhkumluq dövrü yaşayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar