SON XƏBƏRLƏR

İran Azərbaycanda milli münaqişə yaratmağa çalışır

2024.03.11, 16:06
İran Azərbaycanda milli münaqişə yaratmağa çalışır

İran hökuməti Azərbaycan Respublikasına qarşı fəaliyyət və təbliğatının davamında daha bir mənfur əmələ imza atıb.

Gunaz.tv

Tehran hökuməti Azərbaycanda dini və milli münaqişə yaratmaq zəminindəki hərəkətlərinin davamı olaraq martın 10-da Rəşt şəhərinin Azad İslam Universitetində "Talış İran mədəniyyəti və tarixinin aynasında” mövzusunda konfrans keçirib.

İran hökumətinin və anti-Azərbaycan mərkəzlərinin təşəbbüsü ilə keçirilən konfransda qondarma “Talış-Muğan Respublikasının başçısı” Əlikram Hümbətovun “davamçısı” adlandırılan Boris Talışinski çıxış edib.

Tədbirdə Əhməd Kazemi, Əbülfəzl Beheşti, Məhəmməd Rzayəti və başqa anti-Azərbaycan şəxslər, paniranist cərəyanların nümayəndələri çıxışlar ediblər.

Onlar talışların iranlı olduqlarını və İranın dünya talışlarının vətəni olduğu barədə iddialar səsləndiriblər.

Qeyd edək ki, İran tərəfinin bu sahədəki təxribat xarakterli təbliğatına baxmayaraq, Azərbaycan Respublikasında yaşayan talışlar da, başqa xalqlarla yanaşı, mövcud hüquqlardan yararlanır.

Azərbaycanda müxtəlif xalqların, o cümlədən talışların ana dillərində nəşrlərinin, dərsliklərinin olduğu bir zamanda İranda yaşayan talışların belə bir hüququ yoxdur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar