SON XƏBƏRLƏR

Türkiyəyə səfər edən iranlıların sayı kəskin artdı

2024.03.25, 11:30
Türkiyəyə səfər edən iranlıların sayı kəskin artdı

2024-cü ilin ilk iki ayı ərzində Türkiyəyə səfər edən iranlıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 94% artıb.

Gunaz.tv

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, yanvar və fevral aylarında 438 min iranlı turist Türkiyəyə səfər edib və bununla da iranlılar Türkiyəyə səfər edən xaricilərin siyahısında birinci yeri tutub.

Nazirliyin verdiyi məlumata görə, qeyd olunan aylar ərzində Türkiyəyə 4 milyon 341 min xarici turist səfər edib və ötən ilin eyni dövrü ilə müqayisədə xaricilərin Türkiyəyə səfərlərində 12% artım qeydə alınıb.

Verilən rəsmi məlumatlara görə, ötən il Türkiyə Cumhuriyyətinə səfər edən xaricilərin sayı ümumilikdə 50 milyon nəfər olub.

Türkiyə bu sahədən 54 milyard dollar gəlir əldə edib və iki il əvvəlki dövrə nisbətən bu sahədən əldə edilən qazanc 17% artıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar