SON XƏBƏRLƏR

İranda çevik polis alayının zabiti güllələndi

2024.03.26, 15:05
İranda çevik polis alayının zabiti güllələndi

İrnın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində çevik polis alayının əməkdaşları ilə naməlum silahlı şəxslər arasında silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə məlumat verən yerli media hadisənin martın 25-i gecə saatlarında baş verdiyini bildirib.

Qeyd edilib ki, qarşıdurma nəticəsində polis leytenantı Məhəmməd Zəxire güllələnərək öldürülüb.

İranın rəsmi mediası zabitin terrorçu qruplaşma üzvləri tərəfindən öldürüldüyünü yazıb. 

Qeyd edək ki, bu, maryın 17-dən bu günə öldürülən üçüncü hərbçidir.

Bundan əvvəl mayın 17- və 24-də İranın Pakistan və Əfqanistanla sərhəddində iki İran sərhədçisi güllələnib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar