SON XƏBƏRLƏR

Mayın sonundan başlayaraq Xocalıya ilk köç nəzərdə tutulub

2024.03.27, 14:43
Mayın sonundan başlayaraq Xocalıya ilk köç nəzərdə tutulub

Xocalıda hazırda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir.

Gunaz.tv

Bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda təmizlik işləri başa çatmaq üzrədir: “Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla da paralel olaraq tikinti işləri həyata keçirilir. Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür. Yollar, qaz və sular çəkilir”.

İcra başçısı qeyd edib ki, may ayının sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub: “Başlanğıcda 50 ailə öz doğma el-obalarına qayıdacaq. Daha sonra davamlı olaraq köç olacaq. Xocalı şəhərinin 8400, Xocalı rayonun 17000 min əhalisi var”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar