SON XƏBƏRLƏR

Hüquq müdafiəçisi Jalə Təbrizi BMT İnsan Hüquqları Şurasında çıxış edib

2024.03.30, 11:00
Hüquq müdafiəçisi Jalə Təbrizi BMT İnsan Hüquqları Şurasında çıxış edib

Avropada yaşayan güney azərbaycanlı hüquq müdafiəçisi və Azərbaycan İnsan Haqları Cəmiyyətinin rəhbəri Jalə Təbrizi BMT İnsan Hüquqları Şurasının 55-ci iclasında çıxış edib.

Gunaz.tv

Bu barədə cəmiyyətin media qurumunda məlumat yayılıb.

İnsan Hüquqları Şurasının Jenevrədəki qərargahında keçirilən iclasda J.Təbrizi İranda və Güney Azərbaycanda insan haqları pozuntuları barədə danışıb.

O, İran hpkumətinin Güney Azərbaycanda siyasi, milli, iqtisadi və mədəni sahələrdə ayrı-seçkilik siyasəti yürütdüyünü diqqətə çatdırıb.

"Azərbaycanda türklər iş yerində və cəmiyyətdə ayrı-seçkilikdən əziyyət çəkirlər və dövlət mediası irqi ayrı-seçkiliyin yayılmasında mühüm rol oynayır. Biz uşaqlarımızın gələcəyindən çox narahatıq.

Milli, dil, etnik və dini azlıqlara mənsub insanların hüquqlarının müdafiəsini daha yaxşı təmin etmək üçün ciddi mexanizmlərin yaradılmasını tələb edirik",- Jalə Təbrizini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar